“Manej”dən yıxılan körpə öldü

Astarada nəzarətsiz qalan körpənin yıxılması ölümünə səbəb olub.
Redaktor.az xəbər verir ki, hadisə rayonun Pensər kəndində baş verib.
Belə ki, “manej”də oynayarkən yıxılan 8 aylıq körpə İ.H. Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, yolda vəfat edib.
Faktla bağlı araşdırma aparılır.