Avtomobil 77 yaşlı qadını vurdu

Bakının Səbail rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Redaktor.az xəbər verir ki, metronun “Sahil” stansiyasının yaxınlığında yolu keçən 1947-ci il təvəllüdlü Fərəcova Mükafat Qurban qızını avtomobil vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.