21 yaşlı oğlan özünü gölə ataraq intihar edib

 09:42 23.05.2024     483

Masallıda 21 yaşlı oğlan özünü gölə ataraq intihar edib.

Redaktor.az xəbər verir ki, 2004-cü il təvəllüdlü Sənan Muradov özünü yaşadığı Kolatan kəndinin ərazisində yerləşən Böyük Kolatan gölünə atıb.

Nəticədə Sənan Muradov boğularaq ölüb.

Onun meyiti kənd sakinləri tərəfindən göldə aşkar edilib.

Araşdırma aparılır.

Vumart və Güvən reklamı Vumart Güvən