3 aydır itkin düşən şəxs tapıldı

 11:57 23.05.2024     242

Ötən gün polis itkin düşmüş şəxs kimi axtarışda olan 6 nəfəri tapıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Redaktor.az-a verilən xəbərə görə, daxil olmuş müraciətlər əsasında mayın 22-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə fevralın 11-də Ucar rayonunun Qazıqumlaq kəndində itkin düşmüş 1995-ci il təvəllüdlü kişi, aprelin 27-də Şəki rayonunda itkin düşmüş 1999-cu il təvəllüdlü qadın, mayın 7-də Maştağa qəsəbəsində itkin düşmüş 1999-cu il təvəllüdlü qadın, mayın 16-da Binəqədi rayonu ərazisində itkin düşmüş 1965-ci il təvəllüdlü kişi, mayın 17-də Bülbülə qəsəbəsində itkin düşmüş 1959-cu il təvəllüdlü kişi və mayın 21-də Buzovna qəsəbəsində itkin düşmüş 2002-ci il təvəllüdlü kişi tapılaraq aidiyyəti üzrə təhvil veriliblər.