Ermənilər Qazaxın da kəndlərini yandırıb tərk edirlər - VİDEO

 17:59 23.05.2024     426

Tavuş vilayətinin Kirants (Xeyrımlı) kəndində sakinlər sərhədlərin delimitasiyası prosesi çərçivəsində Azərbaycanın ərazisinə düşəcək hissəsindəki tikililərə od vurub.

Redaktor.az xəbər verir ki, bu barədə məlumatı “Yerevan Today” yayıb.

Erməni teleqram kanallarında isə hadisənin görüntüləri yayılıb. Bildirilir ki, polislər od vurulan tikililəri söndürməyə çalışır.