Bu rayonda qətl baş verdi - polis şübhəlini saxladı

May ayının 23-də saat 21 radələrində Göyçay şəhərində 1979-cu il təvəllüdlü Əhmədov Rza Ağarza oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin regional qrupundan Redaktor.az-a bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən 1999-cu il təvəllüdlü Mehdi Məmmədov saxlanılıb.
İlkin məlumata görə hadisə şəxsi münasibətlər zəminində baş verib. Araşdırma aparılır.