Sumqayıtdan gələn sürət qatarı yolda qaldı

 09:09 24.05.2024     465

Bakı-Sumqayıt-Bakı sürət qatarı texniki nasazlıq səbəbindən yolda dayanıb.

Redaktor.az xəbər verir ki, nasazlıq qrafik üzrə Xırdalan dəmiryolu stansiyasından Bakıya yola düşməli olan qatarda yaşanıb.

Sərnişinlərə edilən xəbərdarlıqda gecikmənin texniki nasazlıq səbəbindən baş verdiyi bildirilib.

Hazırda qatarında texniki nasazlıq aradan qaldırıldıqdan sonra qatarın hərəkəti bərpa edilib.

Redaktor.az xəbər verir ki, qatar aşağı sürətlə Bakı istiqamətində hərəkət edir.

Bələdçilər texniki problemin aradan qaldırıldığını elan ediblər.