Goranboyda mal oğrusu saxlanıldı

 11:55 24.05.2024     622

Goranboyda oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Redaktor.az xəbər verir ki, Goranboy Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində rayon sakininə məxsus, dəyəri 1500 manat olan iribuynuzlu heyvanı oğurlamaqda şübhəli bilinən, rayon sakini İ.Həsənov saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.