Su anbarında bir nəfər batdı
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Şəmkir su anbarının Tovuz rayonu ərazisinə düşən hissəsində balıq ovuna çıxdığı ehtimal olunan həmin rayonun Aşağı Öysüzlü kənd sakini 1987- cil təvəllüdlü Baxşəliyev Zabit Paşa oğlunun batması barədə məlumat daxil olub.
Bu barədə Redaktor.az-a Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, məlumatla əlaqədar FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış dərhal qrupu axtarışlara cəlb olunub.
Hazırda axtarış işləri davam etdirilir.