5 otaqlı ev yandı

Samuxda 5 otaqlı evdə yanğın baş verib.
FHN-dən Redaktor.az-a verilən xəbərə görə, Samux rayonunun Sərkar kəndində ümumi sahəsi 200 m² olan kürsülü, birmərtəbəli 5 otaqlı evin mətbəxində 3 p.m mebel yanıb, yüksək temperaturdan mətbəxin lambirdən ibarət tavanı 16 m² sahədə əriyib.
Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.