Sumqayıtda üçmərtəbəli evdə yanğın oldu

Sumqayıt şəhərində ümumi sahəsi 450 m² (hər mərtəbəsi 150 m²) olan üçmərtəbəli evin yaxınlığında sahəsi 100 m² olan birmərtəbəli yay mətbəxində 2 p.m mebel, 4 ədəd məişət avadanlığı və dam örtüyünün yanar konstruksiyaları 50 m² sahədə yanıb.
Redaktor.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Mətbəxin qalan hissəsi və yaxınlıqdakı ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.