Göyçayda iki avtomobil toqquşdu, xəsarət alanlar var

 23:24 25.05.2024     292

Göyçayda iki avtomobil toqquşması ilə baş verən qəza olub.

Redaktor.az xəbər verir ki, hadisə Göyçay-Ucar avtomobil yolunun rayonun Potu kəndindən keçən hissəsində qeydə alınıb.

"Volkswagen" markalı minik maşını qarşı tərəfdən gələn "Lada" ilə toqquşub.

Nəticədə hər iki sürücü müxtəlif dərəcəli ağır xəsarətlər alıblar.

Yaralı dərhal təcili tibbi yardım maşınının köməkliyi ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və həkim nəzarətinə götürülüb.

Hazırda faktla bağlı araşdırma aparılır. (APA)