Bakıda qonşular arasında dava zamanı Polşa vətəndaşı bıçaqlandı

 23:33 26.05.2024     322

Bakının Xəzər rayonunda dava zamanı bir nəfər bıçaqlanıb.

Redaktor.az xəbər verir ki, hadisə Binə qəsəbəsində baş verib.

Polşa vətəndaşı 1970-ci il təvəllüdlü Asenov Asen Şişmanov qonşuluğunda yaşayan şəxslə əlbəyaxa dava zamanı bıçaqlanıb.

Yaralı sol bazunun kəsilmiş deşilmiş xəsarəti ilə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.

Faktı Xəzər Rayon Polis İdarəsinin əməkdaşları araşdırır. (APA)

Vumart və Güvən reklamı Vumart Güvən