Azərbaycanda ev yandı - FOTO

 09:09 27.05.2024     230

Cəlilabad rayonunda yanğın hadisəsi olub.

Redaktor.az xəbər verir ki, hadisə rayonun Şorbaçı kəndində qeydə alınıb.

Belə ki, Güldəran Mənsurovaya məxsus birmətrəbəli fərdi yaşayış evdə yanğın olub. Səhər saatlarında yuxuda olan Mənsurovlar ailəsi yanğını gec bilib.

Ev tamamilə yanıb. Xoşbəxtlikdən qonşuların müdaxiləsi nəticəsində mənzildə yaşayanlar (6 nəfər) yanğından xəsarətsiz xilas olunub.

Faktla bağlı araşdırma aparılır (qafqazinfo).