44 yaşlı qadın odlu silahla qətlə yetirildi, qardaşı saxlanıldı

Mayın 27-də saat 22 radələrində Zaqatala rayonunda 1980-ci il təvəllüdlü Əhmədova Natavan Mövləddin qızının odlu silahdan açılan atəşdən qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
Bu barədə Redaktor.az-a DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən N.Əhmədovanın qardaşı, 1989-cu il təvəllüdlü Nurlan Əsgərov saxlanılıb.
Araşdırma aparılır.