Bakıda ağır qəza - Qadın adaşını öldürdü

Bakının Xəzər rayonun Buzovna qəsəbəsində ölümlə nəticələnən avtoqəza olub.
Redaktor.az xəbər verir ki, 1990-cı il təvəllüdlü Həsənova Səadət Rauf qızı idarə etdiyi "Mercedes" markalı avtomobillə Buzovna-Bakı şossesi istiqamətində hərəkətdə olarkən 1982-ci il təvəllüdlü piyada Əliyeva Səadət İbadət qızını vurub.
Nəticədə sonuncu aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Bakı şəhəri Xəzər Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi açılıb.