Hərbi qulluqçunu öldürən şəxs məhkəməyə çıxarılır
Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin qulluqçusu Abdullayev Amil Hümbət oğlunu qətlə yetirməkdə təqsirləndirilən Abdullayev Nizami Eynulla oğlunun məhkəməsi başlayır.
Redaktor.az xəbər verir ki, cinayət işinə Füzuli Hərbi Məhkəməsində baxılacaq.
Qeyd edək ki, ilkin istintaqla, A.Abdullayevin digər zabit Abdullayev Nizami Eynulla oğlu tərəfindən aralarında yaranmış mübahisə zəminində qəsdən öldürülməsinə əsaslı şübhələr müəyyən olunduğundan, o, şübhəli şəxs qismində tutularaq, istintaqa cəlb edilib.
Zərərçəkmiş A. Abdullayev mayor olub. O, İkinci Qarabağ Müharibəsində döyüşüb. Bir neçə rayonun işğaldan azad edilməsinə görə təltif edilib.
Fakt üzrə Füzuli hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə) maddəsi ilə cinayət işi başlanılıb