10 yaş kiçik sevgilisini öldürdü

Mayın 30-da səhər saat 09 radələrində paytaxtın Sabunçu rayonunun Sabunçu qəsəbəsindəki evlərin brində 1986-cı il təvəllüdlü İsrafilov Samir Yanvar oğlunun kəsilmiş-deşillmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətindən Redaktor.az-a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 1976-cı il təvəllüdlü Tahirova Ruhiyyə Mürvət qızı polis əməkdaşları tərəfindən saxlanılıb.
İlkin məlumata görə cinayət hadisəsi şəxsi münasibətlər zəminində baş verib.
S.İsrafilovla R.Tahirova qeyri-rəsmi ər-arvad münasibətində yaşayırmışlar.
Araşdırma aparılır.