Tanınmış ictimai fəal qəzada həlak oldu

İctimai fəal, uzun müddət bank sektoru və digər özəl şirkətlərdə rəhbər vəzifələr tutmuş, son olaraq ANAMA-da çalışmış Səbuhi Nəsrullayev vəfat edib.
Redaktor.az xəbər verir ki, 1985-ci il təvəllüdlü S.Nəsrullayev mayın 28-də Cəbrayıl rayonu Fuğanlı kəndi ərazisində ağır yol qəzasına düşüb.
"Mitsubishi L200" markalı avtomobilin qəzaya uğraması nəticəsində ağır xəsarətlər alan S.Nəsrullayev dünyasını dəyişib.
Faktla bağlı araşdırmalar aparılır.