Arvadına əzab verən Bektimirovun cəzası ağırlaşdırıldı

 15:06 31.05.2024     450

Arvadına əzab verməkdə təqsirləndirilən Yalçın Bektimirovun barəsində olan hökmdən verdiyi apellyasiya şikayətinə baxılıb.

Redaktor.az xəbər verir, bu gün Bakı Apellyasiya Məhkəməsində apellyasiya şikayəti üzrə qərar elan edilib.

Cinayət işi üzrə həm təqsirləndirilən Yalçın Bektimirov, həm də həyat yoldaşı zərərçəkmiş Anastasiya Bektimirova apellyasiya şikayəti verib. Qərarə əsasən, məhkəmə təqsirləndirilən şəxsin şikayətini əsassız hesab edib. Birinci instansiya məhkəməsinin hökmü dəyişdirilib və Yalçın Bektimirovun cəzası 2 ildən 3 il 6 aya qaldırılıb.

Xatırladaq ki, Yasamal Rayon Məhkəməsinin hökmü ilə Yalçın Bektimirov Cinayət Məcəlləsinin 133.2.6-cı (Əzab vermə) maddəsi ilə təqsirli bilinib. Məhkəmənin hökmü ilə ona 2 il həbs cəzası təyin edilib. Anastasiya Bektimirova ərinin ona mütəmadi şiddət göstərdiyini iddia edib.