Aktyor Rza Rzayevlə bağlı yeni qərar - Cəzası azaldıldı

Ötən il xuliqanlıqda təqsirli bilinərək 2 il azadlıqdan məhrum edilmiş tanınmış aktyor, rejissor və ssenarist Rza Rzayevin cəzası azaldılıb.
Redaktor.az qazqazinfo-ya istinadən xəbər verir ki, Xəzər Rayon Məhkəməsi belə qərar qəbul edib.
Hakim İlham Cəfərzadənin qərarı ilə Rza Rzayevin cəzası 6 ay azaldılıb. Bu qərarla onun çəkilməmiş 6 ay həbsi qalıb.
Xatırladaq ki, o, “Dolu” filmində rol aldığı “Drakon” obrazı ilə məşhurlaşıb.