Gəncədə gənc oğlanı ildırım vurdu, vəziyyəti ağırdır

 22:33 31.05.2024     305

Gəncədə 24 yaşlı oğlanı ildırım vurub.

Redaktor.az xəbər verir ki, hadisə şəhərin Həsən Əliyev küçəsində qeydə alınıb.

Belə ki, 24 yaşlı O.Quliyevi ildırım vurub. O, ağır halda təcili yardım briqadası tərəfindən Gəncə şəhər Təxirəsalınmaz Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.

Zərərçəkənin vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır. // report