Polis bank kartlarından pul talayan daha bir nəfəri SAXLADI

Bakı şəhərində vətəndaşların bank kartlarından pul vəsaitlərini talayan daha bir nəfəri polis ifşa edib.
Bu barədə Redaktor.az-a Daxili İşlər Nazirliyinin sözçüsü, polis polkovnik-leytenantı Elşad Hacıyev bildirib.
Belə ki, əvvələr dələduzluq və quldurluq cinayətlərinə görə məhkum olunan 39 yaşlı Elşən Fəttahov ayrı-ayrı vətəndaşalara məxsus 850, 184, 1000, 400, 481, 2000, 200 və 205 manatı oğurlamaqda şübhəli bilinir.
