İsmayıllıda ağır qəza - Ölən və yaralananlar var

Bu gün saat 18 radələrində İsmayıllı rayonunun Kürdmaşı kəndi ərazisində “QAZ-53” və “VAZ-2107” markalı avtomobillər toqquşub.
Redaktor.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin regional qrupundan məlumat verilib.
Bildirilib ki, hadisə nəticəsində “VAZ”ın sürücüsü, 2000-ci il təvəllüdlü Dəmirov Abuzər Azər oğlu aldığı xəsarətlərdən ölüb, avtomobildə olan digər iki sərnişin - 19 yaşlı Nurlan Dəmirov və 35 yaşlı Müşviq Abbasov xəsarət alıb.