“28 May” stansiyasında qatar yoluna düşən sərnişin öldü

Metronun “28 May” stansiyasında qatarın yoluna düşən sərnişin ölüb.
Bu barədə Redaktor.az-a “Bakı Metropoliteni” QSC-dən bildirilib.
Qeyd edilir ki, onun meyiti stansiya yolundan çıxarıldıqdan sonra hərəkət bərpa olunacaq.
Hadisə ilə əlaqədar xətlərdə yubanma olub.