Dəhşətli qəzada ağır yaralananlardan biri əsgər olub - VİDEO

 16:47 02.06.2024     271

İsmayıllıda minik avtomobilinin yük maşınına çırpılması nəticəsində iki qardaşdan birinin ölməsi və digərinin isə yaralanmasının təfərrüatı məlum olub.

Redaktor.az xəbər verir ki, yaralananlardan biri olan 2005-ci il təvəllüdlü Nurlan Dəmirov Azər oğlu hərbi xidmətdən məzuniyyətə buraxılıbmış.

Qeyd edək ki, hadisə Qaraməryəm-İsmayıllı-Şəki yolunun İsmayıllı rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, VAZ markalı minik avtomobili ilə yük maşınının toqquşması nəticəsində, 2000-ci il təvəllüdlü Abuzər Azər oğlu Dəmirov aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.

Onun qardaşı, 2005-ci il təvəllüdlü Nurlan Azər oğlu Dəmirov və 1989-cu il təvəllüdlü Müşfiq Rza oğlu Abbasov isə ağır xəsarətlərlə xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Daha ətraflı İctimai TV-nin süjetində: