"QAZ - 66"14 yaşlı velosipedçini vurdu

Astarada yol nəqliyyat hadisəsi baş verib.
Redaktor.az "APA"ya istinadən xəbər verir ki, hadisə Astara rayonun Züngüləş kəndində baş verib.
Hərəkətdə olan "QAZ - 66" markalı yük maşını, velosipedlə hərəkətdə olan Astara rayonunun Ərçivan qəsəbə sakini 2010-cu il təvəllüdlü O.N-u vurub. Qəza nəticəsində yeniyetmə ağır vəziyyətdə Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıb. Vəziyyəti ağır olan yeniyetmə dərhal əməliyyata götürülüb.
Faktla bağlı araşdırma aparılır.