21 yaşlı qız özünü 12-ci mərtəbədən atdı
Bu gün Bakıda intihar hadisəsi baş verib.
Redaktor.az xəbər verir ki, 2003-cü il təvəllüdlü Məhəmmədzadə Zərifə Bəhrəm qızı özünü Yasamal rayonu Əsəd Əhmədov küçəsində yerləşən çoxmərtəbəli binadan atıb.
Binanın 12-ci mərtəbəsindən özünü atan 21 yaşlı qız hadisə yerində ölüb.
Z.Məhəmmdəzadənin həmin binanın daimi sakini olmadığı bildirilir.
Faktla bağlı Yasamal Rayon Prokurorluğu araşdırmalara başlayıb (APA).