Masazırda fərdi ev yanır - VİDEO

 17:20 03.06.2024     327

Masazırda fərdi yaşayış evində yanğın başlayıb.

Redaktor.az xəbər verir ki, bu barədə şəhid Vüsal Vəliyevin qardaşı Elyar İslamoğlu sosial şəbəkə hesabında məlumat verib. O, paylaşıma yanğının görüntülərini də əlavə edib.

Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən bildirilib ki, hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir:

“Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir. Əlavə məlumat veriləcək”.