Tacir Şahmalıoğlunun qohumu özünə qəsd elədi - İmtahanda az bal yığıbmış

İmtahandan keçə bilmədiyinə görə həyatına qəsd edən abituriyent müğənni Tacir Şahmalıoğlunun qohumudur.
Redaktor.az bildirir ki, bu barədə "qaynarinfo"ya sənətçinin özü məlumat verib.
Müğənni abituriyentin qardaşının qaynı oğlu olduğunu vurğulayıb:
"Dünəndən yasdayıq. Allah kiməsə göstərməsin, ağır dərddir. 17 yaşında, boy-buxunlu övlad, heyif belə bir uşaqdan. Gələn il qəbul olardı, nə olacaqdı ki?"
Qeyd edək ki, Bakının Günəşli qəsəbəsində imtahandan keçə bilməyən şagird bu addımı atıb.