Bakıda ana və qızını avtomobil vurdu, vəziyyətləri ağırdır

 23:47 03.06.2024     341

Bakının Xəzər rayonunda piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az xəbər verir ki, Qala qəsəbəsindəki "Stansiya" adı ilə tanınan ərazidə qeydə alınıb. Belə ki, yolu keçən ana və azyaşlı qızı minik avtomobili vurub. Ağır xəsarət alan piyadalar xəstəxanaya yerləşdirilib.

Hadisə ilə bağlı araşdırma aparılır.

TƏBİB-dən verilən məlumata görə, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə saat 16:57 radələrində Xəzər rayonu, Qala qəsəbəsi ərazisindən piyadavurma səbəbilə çağırış daxil olub.

Hadisə yerinə dərhal təcili tibbi yardım briqadası göndərilib. Nəticədə 2 nəfər xəsarət alıb.

Xəsarət alanlardan 33 yaşlı şəxs (cinsi qadın) qapalı kəllə-beyin travması, döş qəfəsinin küt travması diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub. Digər xəsarət alan 9 yaşlı şəxs (cinsi qadın) müxtəlif dərəcəli bədən xəsarətləri ilə Respublika Neyrocərrahiyyə Xəstəxanasına hospitalizasiya olunub. (APA)