Bakıda dəhşət: özünü binadan atdı, iki nəfər öldü

 13:59 04.06.2024     557

Bakıda inithar hadisəsi 2 nəfərin ölümünə səbəb olub.

Redaktor.az xəbər verir ki, hadisə Nizami rayonu ərazisində yerləşən hündürmərətəbli binalardan birində baş verib.

23 yaşlı Yaşar Orucov özünü binanın 16-cı mərtəbəsindən atıb. Həmin zaman, həyətdə olan 52 yaşlı Namiq Məmiyevin üzərinə düşüb.

Hər iki şəxs aldıqları xəsatərlərdən hadisə yerində ölüblər.

Faktla bağlı araşdırma aparılır (trend).

Vumart və Güvən reklamı Vumart Güvən