Bacısını bıçaqladı

Ağcabədidə bıçaqlanma hadisəsi olub.
Redaktor.az xəbər verir ki, hadisə rayonun Avşar kəndində qeydə alınıb. Kənd sakini S. Həsənov yaşadığı evdə şəxsi münasibətlər zəminində bacısı 23 yaşlı Əsmər Həsənovaya kəsici-deşici alətlə ağır xəsarət yetirib. Ə.Həsənova xəstəxanaya çatdırılıb.
Faktla bağlı Ağcabədi Rayon Polis Şöbəsində araşdırma aparılır.