Erməni hərbçi Azərbaycanla sərhəddə minaya düşdü

 13:38 06.06.2024     416

Ermənistanın Azərbaycanla sərhəddəki Tavuş rayonunun Voskepar kəndindəki kilsənin yaxınlığında erməni sərhədçi minaya düşüb.

Redaktor.az "news.am"a istinadla xəbər verir ki, bu barədə jurnalist Voskan Sarkisyan feysbuk səhifəsində məlumat verib.

“Voskepar kəndi yaxınlığında 7-ci əsrə aid Surb Astvatsatsin kilsəsi yaxınlığında erməni sərhədçi yaralanıb. Onu piyada əleyhinə mina partladıb. Ayağını itirib”, - deyə o yazıb.

Nəşr qeyd edib ki, bu, mina partlayışı nəticəsində xəsarət alan üçüncü hadisədir.

Turan İSMAYIL

 

Vumart və Güvən reklamı Vumart Güvən