Qazi doğum gününə 1 gün qalmış vəfat etdi

44 günlük Vətən müharibəsi qazisi Azad Yusifəli oğlu Məlikov vəfat edib.
Redaktor.az "oxu.az"a istinadla xəbər verir ki, A.Məlikovun halı qəfil pisləşib və yaxınları onu xəstəxanaya çatdırıblar. Qazi iyunun 3-də, doğum gününə bir gün qalmış Neftçala Rayon Mərkəzi Xəstəxanasında dünyasını dəyişib.
Azad Məlikovun yaxın qohumu sayta açıqlamasında onun daimi şəkildə müalicə aldığını deyib: “Müharibədə daxili orqanları sıradan çıxmışdı. Hər gün iynə və dərman qəbul edirdi. Dörd ilə yaxın idi ki, bu vəziyyətdə yaşayırdı. Daimi müalicə alsa da, səhhətində irəliləyiş olmadı. Sağalması qeyri-mümkün idi. Nə zamansa belə halın baş verəcəyini bilirdik.
İyunun 4-ü doğum günü olacaqdı, 28 yaşı qara gəldi. Evin ən kiçik uşağı olan Azad subay idi”.