Naftalanda güllə yarası alan 37 yaşlı kişi öldü

Naftalan şəhərində yerli sakin aldığı güllə yarasından dünyasını dəyişib.
Redaktor.az xəbər verir ki, şəhər sakini, 1987-ci il təvəllüdlü Anar Əliyev odlu silahdan açılan atəş nəticəsində ölüb.
Hadisənin səbəbləri hələ məlum deyil.
Faktla bağlı araşdırma aparılır. (report)