Göyçayda ağır qəza oldu

 09:17 07.06.2024     341

Göyçayda ağır avtomobil qəzası baş verib.

Redaktor.az xəbər verir ki, hadisə nəticəsində rayon Bığır kənd sakini 1991-ci il təvəllüdlü Fətəliyev İlkin Elbrus oğlu ağır bədən xəsarəti alıb.

Vəziyyəti ağır olan şəxs rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Xəsarət alan şəxsin bir qolu amputasiya edilib.

Faktla bağlı araşdırma aparılır (apa).

Vumart və Güvən reklamı Vumart Güvən