Azərbaycanda sürücü kombaynın altında can verdi

 16:44 07.06.2024     254

Şəkidə taxıl sahəsində bədbəxt hadisə baş verib.

Redaktor.az xəbər verir ki, hadisə günorta saatlarında rayonun Sarıca kəndinin ərazisindəki taxıl sahəsində baş verib.

Rayonun Qayabaşı kənd sakini olan 1963-cü il təvəllüdlü Qiyas Məmmədbağır oğlu Mehdiyev kombaynda təmir işləri aparan zaman kombayın hərəkətə gəlib və Q. Mehdiyev texnikanın altında qalıb.

O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Şəki rayon prokurorluğunda araşdırma aparılır.