Bakıda yaşayış binasında yanğın başladı

Bakının Nəsimi rayonunun S.Puşkin küçəsində yaşayış binasında yanğın başlayıb.
Redaktor.az xəbər verir ki, əraziyə Fövqəladə Hallar Nazirliyinin 3 yanğınsöndürən maşını cəlb edilib.
Güclü yanğın səbəbindən ərazi tüstüyə bürünüb.
Hazırda ərazidə yanğınsöndürmə tədbirləri davam etdirilir. (report)