Bakıda ər həyat yoldaşına çoxsaylı bıçaq zərbəsi vurdu

Bakının Səbail rayonunda ailə məişət zəmnində dava zamanı 23 yaşlı qadın xəsarət alıb.
Redaktor.az xəbər verir ki, hadisə 20-ci Sahə ərazisində qeydə alınıb. 2001-ci il təvəllüdlü İsmayılova Xatın Ehtiram qızı həyat yoldaşı tərəfindən döyülərək bıçaqlanıb.
O, ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, qadına 8 bıçaq zərbəsi vurulub.
Faktla bağlı Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin əməkdaşları tərəfindən araşdırma aparılır. (APA)