Bakıda əxlaqsız hərəkətlər edən taksi sürücüsü saxlanıldı

 23:57 09.06.2024     437

Sosial şəbəkələrdə taksi sürücüsünün qadın sərnişin avtomobildə olan zaman əxlaqsız hərəkətini əks etdirən görüntülər yayılıb.

DİN Mətbuat Xidmətindən Redaktor.az-a bildirilib ki, polis əməkdaşları tərəfindən aparılan araşdırmalarla sürücünün 1993-cü il təvəllüdlü Kənan Rüstəmov olması müəyyən edilərək Bakı şəhərində saxlanılıb.

Araşdırmanın nəticəsindən asılı olaraq onun barəsində toplanmış materiallar məhkəməyə göndəriləcək.