Azyaşlı cipsidən zəhərlənib ölüb? - AÇIQLAMA

 12:54 10.06.2024     399

Xəbər verdiyimiz kimi, Qobustanda Turqut adlı azyaşlının cipsidən zəhərlənərək öldüyü iddia edilir. Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Redaktor.az xəbər verir ki, badisə ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən bildirilib ki, hazırda araşdırma aparılır:

"Baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb. Araşdırmaların nəticələri ilə bağlı əlavə məlumat veriləcək".