Anasının evini, bacısının maşınını YANDIRDI

 14:53 10.06.2024     270

Abşeron rayonunda ev qəsdən yandırılıb.

Redaktor.az qafqazinfo-ya istinadən xəbər verir ki, iyunun 9-u saat 4 radələrində 1969-cu il təvəllüdlü Azər Tağıyev anasının yaşadığı Masazır qəsəbəsindəki evi yandırıb.

O, daha sonra Xırdalan şəhərinə gedərək bacısının idarə etdiyi "Infiniti" markalı avtomobili də yandırıb. Nəticədə maşının salon və mühərrik hissəsi yanıb.

Hər iki yanğın hadisəsini törətmiş A.Tağıyev polis tərəfindən saxlanılıb.

Onun əvvəllər məhkumluq həyatı yaşadığı bildirilir.