FHN-nin əməkdaşı iş yoldaşını güllələdi - YENİLƏNİB

 16:28 10.06.2024     337

Gəncədə baş verən qəzanın təfərrüatları məlum olub.

Redaktor.az xəbər verir ki, "Unikal"ın əldə etdiyi məlumata görə, "VAZ-2106" markalı minik maşınında Fövqəladə Hallar Nazirliyinin iki əməkdaşı mübahisə edib. Mübahisədən sonra bir digərini odlu silahla vurub. 1991-ci il təvəllüdlü Mehrac Əsədov aldığı güllə yarasından hadisə yerində ölüb.

Nəticədə minik maşını yoldan çıxaraq ağaclığa düşüb.

***

Gəncədə minik maşını aşıb.

Redaktor.az xəbər verir ki, "unikal"ın məlumatına görə, hadisə Avtovağzal adlanan ərazidə qeydə alınıb.

Hərəkətdə olan "VAZ-2106" markalı minik maşını yoldan çıxaraq aşıb. Qəza zamanı bir nəfərin öldüyü, bir neçə nəfərin isə xəsarət aldığı bildirilir.

Hadisə yerinə təcili tibbi yardım birqadaları cəlb olunub.

FHN əməkdaşı iş yoldaşını güllələdi - YENİLƏNİB