Məhkəmə daha iki jurnalistin həbs müddətini UZATDI

 11:00 12.06.2024     1119

Məhkəmə “Abzas Media”nın direktoru Ülvi Həsənli barəsində qərar qəbul edib.

Redaktor.az xəbər verir ki, Xətai Rayon Məhkəməsində bu gün keçirilən məhkəmə iclasında onun barəsində olan həbs qətimkan tədbiri üç ay müddətinə uzadılıb.

Qeyd edək ki, Ü.Həsənli ötən ilin noyabr ayında "Abzas Media" işi ilə əlaqədar saxlanılıb, daha sonra barəsində həbs qətimkan tədbiri seçilib.

O, Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq) maddəsi ilə təqsirli bilinir.

***

Xətai Rayon Məhkəməsində keçirilən məhkəmə iclasında da"Abzas Media"nın baş redaktoru Sevinc Vaqifqızı barəsində olan həbs qətimkan tədbiri daha üç ay müddətinə uzadılıb.

Redaktor.az xəbər verir ki, bu barədə onun vəkili Elçin Sadıqov məlumat verib.

Qeyd edək ki, S.Vaqifqızı ötən ilin noyabr ayında "Abzas Media" işi ilə əlaqədar saxlanılıb, daha sonra barəsində həbs qətimkan tədbiri seçilib.

O, Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq) maddəsi ilə təqsirli bilinir (report).