Lənkəranda avtomobil nənə və nəvələri vurdu, azyaşlılardan biri öldü

 23:19 12.06.2024     241

Lənkəranda avtomobil nənə və nəvələri vurub, azyaşlılardan biri ölüb.

Redaktor.az xəbər verir ki, hadisə Yuxarı Nüvədi kəndində baş verib.

Belə ki, avtomobil 1968-ci il təvəllüdlü Mərziyyə Fitat qızı Ağaliyevanı və nəvələri - 2021-ci il təvəllüdlü D.M-nı, 2019-cu il təvəllüdlü U.M-nı vurub.

Hər üç yaralı ağır vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Üç yaşlı nəvənin vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, azyaşlının həyatını xilas etmək mümkün olmayıb.

Hazırda M.Ağalıyeva və 5 yaşlı nəvəsinin müalicəsi davam etdirilir.

Faktla bağlı araşdırma aparılır. (Report)