Polis 44 gündür onu axtarır - FOTO

Sumqayıt şəhər sakini 44 gündür itkin düşüb.
Redaktor.az xəbər verir ki, bu barədə Sumqayıt şəhər Polis İdarəsi 5-ci Polis Bölməsindən məlumat verilib.
Qeyd olunub ki, 2024-cü il aprelin 30-da Sumqayıt şəhər sakini Cavidan Alim oğlu Əliyev Yaşıldərə yaşayış massivində yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.
O evdən çıxarkən əynində qara idman şalvarı, qara köynək və ayağında qara rəngdə idman ayaqqabısı olub.
Cavidan Əliyevi görən şəxslərdən (018) 65-4-02-02,(018) 65-5-76-65 nömrələrinə zəng etmələri xahiş olunur.
İtən şəxsin axtarışları davam etdirilir.