Bu rayonda qəbir daşlarını dağıdan şəxs saxlanıldı

 22:00 13.06.2024     279

Qusar Rayon Polis Şöbəsinin əməkdaşları daxil olan məlumat əsasında keçirilən tədbirlərlə Pərviz Eldarovu saxlayıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan Redaktor.az-a verilən məlumata görə, araşdırmalar zamanı məlum olub ki, o, həmkəndilərinə məxsus qəbir daşlarını dağıdaraq yararsız hala salıb.

Faktla bağlı rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

Vumart və Güvən reklamı Vumart Güvən