Zaqatalada yaşayış evi yandı

 22:51 14.06.2024     196

Zaqatalada fərdi yaşayış evi yanıb.

Redaktor.az rayonun Bəhmətli kəndində, kənd sakini Vəzifə Sədrəddin qızı Məmmədovaya məxsus ümumi sahəsi 120 kv/m olan birmərtəbəli fərdi yaşayış evində yanğın baş verib.

Yanğının söndürülməsi üçün hadisə yerinə Zaqatala Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyəti cəlb edilib.

Yanğın nəticəsində evin yanar konstruksiyaları ev əşyaları ilə birlikdə yanıb.

Yaxınlıqdakı digər tikililər yanğından mühafizə olunub. Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.