Bakıda piyadanı maşın vurdu

 09:59 15.06.2024     262

Bakının Səbail rayonunda 33 yaşlı kişi yol-nəqliyyat hadisəsində yaralanıb.

Redaktor.az xəbər verir ki, 1991-ci il təvəllüdlü Zeynalov Rəsul Aydın oğlu yolu keçərkən avtomobil onu vurub.

Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.